`Baku Bus`ın sürücüsü qəza törətdi - Qadın öldü


14:54     10 Yanvar 2017 bakubas.jpg

Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “Nissan Qasqai” toqquşub.

Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 1339